Logo

ADPU-nun Riyaziyyat fakültəsində Xocalı soyqırımına həsr olunan tədbir keçirildi

24.02.2022 17:56 1089 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə fakültənin professor-müəllim heyəti, magistr və fəal tələbələr iştirak ediblər. 

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Riyaziyyat fakültəsinin dekanı dosent Araz Fərəcov çıxış edərək Xocalı soyqrımı haqqında geniş məlumat verib. O qeyd edib ki, Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində bu gün dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırıma öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətiliamı kəskin şəkildə pisləyirlər. 

Professor B.Əliyev, dos.N.Nəsirov çıxış edərək XX əsrin faciəsi olan Xocalı soyqırımı haqqında təəssüratlarını bölüşüblər.

Xəbər lenti